Müğənni Sevgimin duet iddiası YALAN ÇIXDI  – Mahsun Kırmızıgülün menecerindən ÖZƏL AÇIQLAMA
31 yanvar 2026 15:35 (UTC +04:00)

Müğənni Sevgimin duet iddiası YALAN ÇIXDI – Mahsun Kırmızıgülün menecerindən ÖZƏL AÇIQLAMA

0

Müğənni Sevgim bir verilişdə Mahsun Kırmızıgüllə duet oxuyacağını və bunun qarşılığında sənətçiyə 200 min dollar ödəyəcəyini iddia edib.

Lent.az məsələni dəqiqləşdirmək üçün Mahsun Kırmızıgülün meneceri Necmi Gündüzlə əlaqə saxlayıb. Menecer bildirib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

“Bu, böyük bir yalandır. Nəinki 200 min dollar ödəmək, ümumiyyətlə həmin müğənninin Mahsun Kırmızıgüllə duet oxuyacağı barədə deyilənlər də həqiqətə uyğun deyil”.

Menecerin sözlərinə görə, bu mövzuda hər hansı razılaşma və ya plan mövcud deyil.

Qeyd edək ki, müğənni Sevgim bu "duetin" həyatında olan bəyin ona hədiyyəsi olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar