“Onların hamısı təlxəkdir” – Əli Mirəliyev yenə COŞDU
06 mart 2024 18:53 (UTC +04:00)

“Onların hamısı təlxəkdir” – Əli Mirəliyev yenə COŞDU

Əli Mirəliyevin bir videosu sosial şəbəkələrdə viral olub. O gənc müğənniyə “sən yüz il çalışsan da, Əli Mirəliyev olan deyilsən” deyərək qalmaqal yaradıb. Dövr, zaman dəyişib. İndi müğənnilər məktəb görmədən də məşhurlaşır, şans kimin üzünə gülürsə, o bir günün içində məşhurlaşır və varlanır. Bəs Əli Mirəliyev olmaq  üçün nə lazımdır? Müğənni bu barədə nə düşünür?

Lent.az-ın sualını cavablandıran Əli Mirəliyev bildirib ki, onun yerini tutmaq üçün illərlə müxtəlif ansambllarla çalışmaq, bəstəkarlarla işləmək lazımdır:

“Bu gün 10 faiz müğənni mən deyən kimi oxuyur. Onlar da müxtəlif müsabiqələrdən çıxan oxuyanlardı. Qalan hamısı təlxəkdir, hoqqabazdır. Gənc ifaçı haradan ortaya çıxıb ulduz oldu? Nə elədi axı o ulduz oldu. Bu necə ola bilər? Bəstəkarla işləmir, milli musiqini bilmir. Doldurublar efiri oxuya bilməyənlərlə. Mənə o gün sual verirlər ki, Balaəli yaxşı oxuyandı? Deyirəm, ay tupoylar,  siz nə qədər tupoysunuz ki, məni başa düşmürsünüz, Balaəli oxuyan deyil, meyxanaçıdır. Balaəli Şövkət Ələkbərovanın, Akif İslamzadənin, Gülağa Ağayevin mahnılarını oxuya bilər? Sözün düzünü deyirəm, məni sevmirlər, çünki mən özünə yaxşı oxuyanam deyənlərin, saxtakarların qənimiyəm”.

# 4014
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar