Müğənni Elnarə Xəlilova
18 yanvar 2022 18:31 (UTC +04:00)

Müğənni Elnarə Xəlilova

"Özümü yaşıma uyğun aparıram, cavan qız deyiləm" - VİDEO

Müğənni Elnarə Xəlilovanın konsert planı puç olub.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Söz-baz”da danışıb: 

“Konsert vermək istəyirdim. 2020-ci ildə planlarım cızılmışdı. Hər şey hazır idi.  Pandemiya gəldi, hər şey alt-üst oldu. Heç nə edə bilmədim. Qismət. Bəlkə bu il etdim.

Ruhdan tez düşürəm. Bir qığılcım bəs edir ki, nəsə edim. Yalan danışmağı sevmirəm. Hamı mənə əvvəlki kimi ol deyir. Mənim bir zamanlar doldurduğum o boşluğu təəssüf edirəm ki, indi gələn yeni müğənnilər doldura bilmir.

İndi 41 yaşım var. Cavan qız deyiləm. 4 uşaq anasıyam, bəlli bir statusum var. Özümü cavan qız kimi apara bilmərəm. Hazırda özümü öz yaşıma uyğun aparıram. Yaşıma uyğun da geyinir, yaşıma uyğun da mahnı oxuyuram. Artıq 24 yaşında olduğum Elnarənin yerini tutmaq kimi niyyətim yoxdur. Bir zamanlar mən o yeri doldurmuşdum, amma indi o yer boşdur”. 

Müğənni Elnarə Xəlilova

# 4479
avatar

Yalçın UĞUR

Oxşar yazılar