Müğənni Şəbnəm Tovuzlu Türkiyənin Bursa şəhərində konsert verib.
Lent.az-ın məlumatına görə, ifaçı konsertdən videonu sosial şəbəkədə paylaşıb: 
"Allah sizlərin sevgisini mənə çox görməsin. Konsertdə 10 qazimiz əyləşmişdi, Allah canlarını sağ eləsin". 
Müğənni konsertə cangüdənlərin əhatəsində çıxıb.
Qeyd edək ki, Şəbnəmin Türkiyədə daha bir neçə konserti nəzərdə tutulub.
 
                 
                             
    