Serdar Ortaç əlil arabasında - VİDEO
11 mart 2024 18:11 (UTC +04:00)

Serdar Ortaç əlil arabasında - VİDEO

Uzun illərdir dağınıq sklerozdan əziyyət çəkən türkiyəli məşhur müğənni Serdar Ortaç son görüntüləri ilə pərəstişkarlarını məyus edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur ifaçının konsertindən əvvəl və sonra əlil arabasında hərəkət etdiyi videogörüntü yayılıb.

Görüntülərdə Ortaçın pərəstişkarları ilə foto çəkdirərkən arabadan çətinliklə durduğu və yeriyərkən əziyyət çəkdiyi, köməyə ehtiyac duyduğu görünür.

Xatırladaq ki, dağınıq sklerozla uzun illərdir mübarizə aparan ifaçı xəstəliyi ilə əlaqədar ayağının amputasiya oluna biləcəyini deyib.

# 10293
avatar

Fidan İlqar

Oxşar yazılar