Tom Kruz sevgilisindən ayrıldı-  ŞOK səbəb
11 mart 2024 11:13 (UTC +04:00)

Tom Kruz sevgilisindən ayrıldı- ŞOK səbəb

Şəxsi həyatı ilə bağlı tez-tez gündəmə gələn Hollivud ulduzu Tom Kruz son aylar  rus gözəli Elsina Xayrova ilə birlikdə idi.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə,  rusiyalı deputatın qızı olan Elsina ilə münasibətlər ildırım sürəti ilə başlayıb, ildırım sürəti ilə bitib.

Belə ki, Tom Kruz Elsinaya evlilik təklif etdikdən sonra özündən 20 yaş kiçik olan rus gözəli ondan ayrılıb. Elsinanın evlənməkdən qorxduğu üçün belə etdiyi iddia olunur.

Tom Kruz 36 yaşlı Elsinaya o qədər heyran olmuşdu ki, hətta onun uşaqları ilə də tanış olubmuş. Tomu qarşısında diz çökmüş və üzüklə görən Elsina təklifə yox deməklə qalmayıb, sevgi münasibətlərinə də son qoyub.
 

# 2862
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar