Vanda Nara Mauro İkardini şoka saldı:  bahalı hədiyyəsini satışa çıxardı
08 iyun 2026 17:21 (UTC +04:00)

Vanda Nara Mauro İkardini şoka saldı: bahalı hədiyyəsini satışa çıxardı

0

"Qalatasaray"ın məşhur futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara qalmaqallı addım atıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nara İkardinin evli olduqları dövrdə hədiyyə aldığı İtaliyanın Komo gölü sahilində yerləşən lüks villanı satışa çıxarıb.

İtaliyanın Brienno qəsəbəsində yerləşən bu mülk üçün qiymət 8 milyon avro müəyyən edilib. Bildirilir ki, villanın sənədləri Vanda Naranın adına qeydiyyatdadır və bu ev cütlüyün keçmişindən qalan ən xüsusi simvollardan biri sayılır.

2018-ci ildə təxminən 2,5 milyon avroya alınan villa aparılan təmir işlərindən sonra dəyərini xeyli artırıb. İki mərtəbəli evdə 8 otaq, 4 hamam, geniş terras, bağ, əlavə mənzillər, dayanacaq və gölə açılan xüsusi platforma mövcuddur.

Həmçinin Naranın uzun müddətdir villaya getmədiyi, 2025-ci ildə qonşuların baxımsız bağ və qapı önündə yığılan paketlərdən şikayət etdiyi də iddia olunur.

Qeyd edək ki, uzun müddət evli olan cütlük son zamanlar boşanma prosesindəki qalmaqallarla gündəmə gəlir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar