37 minlik çantanın üzrxahlığı
13 avqust 2013 01:12 (UTC +04:00)

37 minlik çantanın üzrxahlığı

Isveçrənin Sürix şəhərində maraqlı hadisə baş verib. ABŞ-ın tanınmış qaradərili teleaparıcı Opre Unifri şəhərin mərkəzindəki dükanlardan birində alış –veriş zamanı təhqir olunduğunu bəyan edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, satıcıdan 35 min franklıq (təxminən 37, 8 min dollarlıq) çantanı göstərərək, ona baxmaq istədiyini bildirib. Satıcı isə saymazyana şəkildə deyib: «Sənin ona pulun çatmaz». O, alıcıya başqa ucuz mal təklif edib.

 

Uinfri baş verən olayı Nyu-Yorkda irqçilik illərində öz həyatındakı hadisə ilə eyniləşdirib.

 

Dünyanın informasiya vasitələri bunu «irqçi davranış» kimi yayıb.

 

İtaliya əsilli satıcı isə özünə haqq qazandıraraq, deyib: «bu doğru deyil. Mən müştəriyə belə deyə bilmərəm. Yaxşı və nəzakətli davranış, bizim prinsipimizdir. Mən bir neçə gündür yata bilmirəm. Bu dəhşətli yuxunun tezliklə başa çatacağını gözləyirəm.

 

Özümü hansısa tufanın mərkəzində hiss edirəm. Mən ona oxşar çantanı göstərərək, bunun daha ucuz olduğunu demişəm. Bundan sonra o, heç  bir söz demədən daha 5 dəqiqə dükanı gəzib.

 

Əlbəttə, baş verən anlaşılmazlığa görə lazım gəlsə üzr istəyərəm» - deyə, satıcı baş verənləri belə izah edib.

# 1108
avatar

Oxşar yazılar