“Eurovision-2013” təmsilçimizdən Cavan Zeynallıya cavab
24 may 2013 18:59 (UTC +04:00)

“Eurovision-2013” təmsilçimizdən Cavan Zeynallıya cavab

“Fərid Məmmədovun “Eurovision-2013” Mahnı Müsabiqəsində uğurlu çıxışından sonra mənə bir çox ölkədən təbriklər gəldi. Rusiyadan, Türkiyədən, başqa ölkələrdən minnətdarlıq sözlərini eşitdim. Ancaq Aybəniz Haşımova paxıllıq etdi, istəmədi ki, mənim də adım Fəridin müəllimləri sırasında çəkilsin”.

 

Bunu Lent.az-a əməkdar artist Cavan Zeynallı Fərid Məmmədovun “Eurovision” yarışmasındakı çıxışı haqqında danışarkən deyib. “Doğrudur, Fəridin 6 yaşı olanda onu Aybəniz Haşımovanın yanına - “Bül-büllər” qrupuna aparıblar. Onun ifaçı olmasında Aybənizin də zəhməti olub. Amma mənim zəhmətim də danılmazdır. Nədənsə Aybəniz paxıllıq edir, anlamadığım da budur. Hazırda Fəridə konservatoriyada mən dərs keçirəm. Hətta onun bu yaxınlarda universitetdə imtahanı var. Qadınlar eqoist olur. Aybəniz də belədir, qısqanır yəqin məni”, - deyə o, bildirib.

 

 

Cavan Zeynallının açıqlamasına Fərid Məmmədovdan münasibət öyrəndik. F.Məmmədov Lent.az-a musiqi sahəsində əsas istiqaməti Aybəniz Haşımovadan aldığını söylədi: “Universitetdə bütün tələbə yoldaşlarımla birgə mənim də müəllimim Cavan Zeynallı idi. Amma mənə 8 yaşından müəllimlik edən, muğamları, vokalı öyrədən sənətkar təbii ki, Aybəniz Haşımovadır. Yaxşılığı heç vaxt danmaram. Vaqif Gərayzadənin də estrada ifaçılığımda köməyi çox olub. Həmçinin, Stiv Vanderi də qeyd etmək istəyirəm. Məni bu istiqamətə Vaqif Gərayzadə yönəldib. Amma təbii ki, əsas istiqamət Aybəniz Haşımovadır”.

# 2406
avatar

Yalçın UĞUR

Oxşar yazılar