“Qrup №1» də növbəti qalmaqal
30 aprel 2013 14:55 (UTC +04:00)

“Qrup №1» də növbəti qalmaqal

Dünən ATV –də yayımlanan “Qrup № 1”  fərqli çıxışlar və münsiflərin fikir ayrılıqları ilə yadda qalıb.  Lent. az-ın məlumatına görə, yarışmanın bu həftəki duelçiləri “Km-Family”  və “Gipsy-flamenco”  qrupları olub. Dəyişən münsif kürsüsündə isə bu həftə aparıcılar Zaur Baxşəliyev , İsmayıl Cəlilov   və reper Anal Nağılbaz əyləşib. Hər iki qrupun çıxışları müzakirəsiz ötüşməyib.

 “Km-Family” qrupunun  vətənpərvərlik ruhunda dediyi rep və göstərdikləri  şou  böyük rəğbətlə qarşılanıb. “Gipsy-flamenco” qrupunun ifaları da maraqlı və fərqli olub. Proqramda gərginlik yaşanıb. İş o yerə gəlib çatıb ki, Natəvan Həbibi  İsmayıl Cəlilovla, daha sonra isə bəstəkar Vüsalə Hikmətlə mübahisə edib. 

 Sonda   “Km-Family” qalıb gəlib. Həftənin toxunulmazı “Heyratı Muğam” qrupu, sonuncusu isə “M-Life” olub və gələn həftə “Kral” la yarışacağı müəyyənləşib.

 

Hər həftənin bazar ertəsi, saat  21- 50-də ATV-də “Qrup № 1” izləməyi unutmayın.

 

Qeyd edək ki, “Qrup № 1” in informasiya dəstəkçisi Lent. az-dır.

# 1352
avatar

Yalçın UĞUR

Oxşar yazılar