“Qrup № 1” həyəcanı davam edir
12 mart 2013 15:07 (UTC +04:00)

“Qrup № 1” həyəcanı davam edir

Dünən  “Qrup № 1” in növbəti efir günü olub. Lent. az-ın məlumatına görə,  bu həftəki münsif qonaq prodüser Tolik  idi.  Yarışma  iştirakçıların münsiflərlə dialoqları  ilə yadda qaldı.  Emosional başlayan yarışma dəqiqələr irəlilədikcə  gərgin məcraya yönəlirdi.  Münsiflərin  tənqidi fikirlərini  iştirakçılar cavabsız qoymurdu. Prodüser Tolik  qruplara və onların rəhbərlərinə də ismarış göndərməyi unutmurdu. Həftənin toxunulmaz qrupu “M-life” , sona  “Kral” qrupu oldu. Bu həftə dueldə “ Dostlar ” qrupu qalib gəldi. Gələn həftə də tamaşaçıları çox maraqlı bir efir həyəcanı gözləyir.

 

Layihə hər həftənin bazar ertəsi, saat 22-00 da ATV –də  yayımlanır.

 

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi Lent. az-dır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar