Leonardo Di Kaprio  52 yaşını məşhur dostları ilə qeyd etdi
20 noyabr 2026 03:07 (UTC +04:00)

Leonardo Di Kaprio 52 yaşını məşhur dostları ilə qeyd etdi

0

 

Hollivud ulduzu Leonardo Di Kaprio 52 yaşını Los-Ancelesdə keçirilən xüsusi məclislə qeyd edib. Tədbirdə aktyorun sevgilisi Vittoriya Çeretti və məşhur dostları iştirak ediblər.

Lent.az xəbər verir ki, bu barədə “7Дней” nəşri məlumat yayıb.

Noyabrın 11-də 52 yaşını tamamlayan aktyorun doğum günü məclisi Hollivud ulduzlarının iştirakı ilə yadda qalıb. Tədbirə gələn qonaqlar və məşhur modellər paparatsilərin diqqətini çəkiblər.

Gecədə Di Kaprionun 2023-cü ildən münasibətdə olduğu italiyalı model Vittoriya Çeretti də iştirak edib. Cütlük bu ilin martında keçirilən “Oskar” mərasimində birlikdə görünmüşdü.

Di Kaprionun şəxsi həyatı uzun illərdir beynəlxalq maqazin mediasında geniş işıqlandırılır. Aktyor isə romantik münasibətləri barədə ictimai açıqlamalar verməyə çox vaxt üstünlük vermir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar