Aybəniz Haşımova ölkəni tərk edir
03 avqust 2013 18:14 (UTC +04:00)

Aybəniz Haşımova ölkəni tərk edir

Əməkdar artist Aybəniz Haşımova Ramazan bayramını vətəndən kənarda qeyd edəcək. Sənətkarın bildirdiyinə görə, rəhbəri olduğu “Bülbüllər” qrupu ilə birgə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya İctimayi Birliyinin təşkilatçılığıyla Türkiyənin Iğdır vilayətinə yola düşəcək. Səfər avqustun 7-i baş tutacaq. Aybəniz xanım və qrupu Iğdırda bayram konserti ilə düzənlənmiş tədbirlərdə iştirak edəcək, eləcə də konsert verəcək.

Avqustun 22-də isə Aybəniz xanım 45 illik yubileyini qeyd edəcək. 38 ildir Azərbaycan musiqi mədəniyyətinə xidmət edən sənətkarın yubileyi Space kanalında təntənəli şəkildə qeyd ediləcək. Həmin gün sözügedən kanalda sənətkara həsr olunmuş verilişdə Aybəniz xanımı ictimai xadimlər, sənətkar və müğənnilər təbrikə gələcəklər.
  simsar.az
 

# 3346
avatar

Oxşar yazılar