Elnarə Abdullayeva: ”Mənə cadu edən xalq artistimizin adı...”
02 may 2013 12:17 (UTC +04:00)

Elnarə Abdullayeva: ”Mənə cadu edən xalq artistimizin adı...”

Muğam ifaçısı  Elnarə Abdullayeva  barəsində yayılan  söz – söhbətlərdən bezdiyini dilə gətirib. Xanəndə bununla bağlı Lent. az-a danışıb: “Belə bir şayiə yayılıb ki, guya, toylarla yanaşı, yasa da gedirəm. Guya, yası düşmüş bir adam mənə müraciət edib ki, nə qədər pul istəyirsən verim, gəl məclisimi idarə et. Bilmirəm, bunu kim yayıb? Kimin əlində bu barədə sübut var? Axı belə bir şey olmayıb. Əgər olubsa da, bunun nəyi pisdir ki? Əgər bir insan yaxın adamını itirirsə və məclisinə məni dəvət edirsə, bu, sadəcə  xoşbəxtlikdir. Bu, Azərbaycanda 2-3 ifaçıya qismət olub. Elə insanlar olub ki, vəsiyyət ediblər ki, öləndə üstümüzdə Qədir Rüstəmov “Sona bülbüllər” mahnısını oxusun. Amma mənə təsir edən odur ki, olmayan bir şeyi danışırlar. Yolumu bağlamaq üçün mollaya gedib, cadu etdirən, nəzir deyən əməkdar, xalq artistlərimiz də var. Amma hələ susuram. Hədlərini bilməsələr, onların adlarını açıqlayacam. Başa düşmürəm ki, bunlar məndən nə istəyirlər? Adama deyərlər, fəxri ad, ev almısan, məndən nə istəyirsən? Görürlər ki, Elnarənin toyu çoxdur, bu şayiələrlə məni xalqın gözündən salmaq istəyirlər. Həm də bir tərəfdən sevinirəm. Haqqımda başqa nə yaya  bilərlər axı? Bilirlər ki, kiminsə kişisinin cibinə girmirəm, bəziləri kimi pis əməllərlə məşğul olub, min hoqqadan çıxmıram. Öz alın tərimlə pul qazanıram. Təmiz adım mənə bəsdi. Amma məni bu çirkin söhbətlərə qatmasınlar. Hamı məni yaxşı tanıyır. Bilirlər ki, Elnarə kimdir, alnı açıq, üzü ağam"...

 

 

Müğənni daha sonra bildirib ki, bir çox sənətçilər ona zəng edib,  deyilənlərin doğru olub, olmadığını soruşurlar: “Çox adama maraqlıdır ki, görəsən, bu, həqiqətdirmi? Etiraf edirəm, adamlar olub, deyiblər ki, biz öləndə Elnarə oxusun üstümüzdə. Mən də bu xalqın içindən çıxmışam. Onun xeyrinə də yaramalıyam, şərinə də. Ancaq deyilənlər yalandır. Bilsinlər ki,  heç nə istəmirəm, dünya malında gözüm yoxdur, bir tək cənnəti qazanmaq istəyirəm”.

# 4700
avatar

Yalçın UĞUR

Oxşar yazılar