Elza Gəncəyə nəyə gedir?
10 avqust 2013 13:07 (UTC +04:00)

Elza Gəncəyə nəyə gedir?

Ramazan ayı bitər-bitməz əməkdar artist Elza Seyidcahan toya dəvət alıb.

 

 

“Qafqazinfo”ya açıqlama verən müğənni bildirib ki, o, bu gün Gəncəyə yola düşür: “Məni xalq çox istəyir Ramazan bitər-bitməz Gəncəyə toya dəvət aldım”. 

Bacısı Rasimə Muradovanın  oxumağından söz açan  Elza qeyd edib ki, bacısının vokal imkanları çox güclüdür: “Bacım artıq müğənniliyə başlayıb, çox gözəl səsi var. Vokal imkanları çox güclüdür. Onu da deyim ki, mən əməkdar artist ola-ola  bacımı məndən çox tədbirlərə dəvət edirlər”. 

Bu yaxınlarda verdiyi konsertdə oğlu Əkbərlə birgə çıxış edəcəyinin deyən Elza konsert zamanı oğlunun səhnəyə çıxmamasına aydınlıq gətirib: “Ələkbər o qədər məsuliyyətlidir ki, özünü hazır saymadığı üçün konsertdə  çıxışdan imtina etdi. Çünki o, bəstəkarın övladıdır. Yaxşı bilir ki,  pis çıxış etməyə ixtiyarı yoxdur”.

 

 

# 948
avatar

Oxşar yazılar