Gənclərin moda nümayişi keçirilib
25 iyul 2013 01:48 (UTC +04:00)

Gənclərin moda nümayişi keçirilib

İyulun 24-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatı ilə türkdilli dövlətlərin gənclərinin beynəlxalq yaradıcılıq festivalı  çərçivəsində “Art Garden” incəsənət qalereyasında gənc modelyer-dizaynerlərin moda nümayişi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan gənclər iştirak edirlər.

 

Festivalın məqsədi türkdilli dövlətlərin gənclərinin mədəni və mənəvi nailiyyətlərinin mübadiləsi vasitəsilə mədəni platformanın yaradılması və yaradıcı gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, türkdilli xalqların mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğidir.

 

# 926
avatar

Oxşar yazılar