Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs azadlıqdan məhrum ola bilər. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, buna səbəb müğənninin həkim İsmail Koçakı öz “Twitter” hesabında təhqir etməsi olub. Belə ki, bir müddət öncə burnunu İ. Koçaka əməliyyat elətdirən İ.Tatlısəs onun işindən narazı qalıb. Bu narazılığı isə o, sosial şəbəkə vasitəsi ilə bildirib.
Hazırda həkimlə İ. Tatlısəs arasında razılaşma aparılır. Razılaşma baş tutmasa, məşhur müğənnini 2 ilə qədər həbs gözləyir.