Metroda doğduğu üçün 100 dollarlıq bilet hədiyyə verildi
03 avqust 2013 07:48 (UTC +04:00)

Metroda doğduğu üçün 100 dollarlıq bilet hədiyyə verildi

Vaşinqton metrosunda oğlan dünyaya gətirdiyi üçün qadına metropoliten rəhbərliyi 100 dollarlıq gediş bileti hədiyyə edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 23 yaşlı Şavonta Teylor avqustun 2-də səhərə yaxın «Uşaq meydançası» platformasında doğub.

 

Metro əməkdaşları bildirib ki, onun sancıları qatarda gedərkən tutub. Çağırış əsasında gələn təcili yardım briqadası onu vaqondan çıxarıb.

 

Teylor və onun oğlu Əmir sağ-salamat xəstəxanaya çatdırılıb. 

# 1354
avatar

Oxşar yazılar