Musa Musayev: ”Mənimçün göydə Allah, yerdə Təranədir”
19 aprel 2013 14:46 (UTC +04:00)

Musa Musayev: ”Mənimçün göydə Allah, yerdə Təranədir”

Bir neçə gündür ki, mediada müzakirə obyektinə çevrilmiş  müğənni Təranə Qumral və Musa Musayev yeni açıqlamaları ilə bir çoxlarını təəccübləndiriblər. Lent. az-ın məlumatına görə, bu gün  “ATV” –də yayımlanan “Gün keçir” verilişinə qonaq olan müğənni Təranə Qumral keçmiş həyat yoldaşı ilə münasibətlərindən söz açıb. O, Musanın ailəsini günahlandırıb: “Bizim paxıllığımızı çəkirlər. Bu söhbətdən sonra dostumu, düşmənimi tanıdım. Musanın telefonu məndə idi. İllərlə dostluq etdiyim insanlar ona elə mesajlar yazırdılar ki... Onların hamısı ilə görüşüb danışacam. Musanın adından yalan xəbərlər çıxardırlar, aramızı vurmağa çalışdılar. Amma alınmadı. Biz bir-birimizi sevirik. Hər an ətrafımdakı insanlardan zərbə gözləyirəm. Amma bu qədər böyük şər ağlıma gəlməmişdi. Düzdür, Musa müsahibə verib, amma o sözləri deməyib. Mən Musaya bütün sevgimi vermişəm. Dünya malı nədir ki? Biz boşansaq da, bir yerdəyik.  Boşanmağımıza səbəb Musanın borcları idi. Bütün var-dövləti mənim adıma keçirtdik ki, borc sahibləri Musadan nəsə tələb etməsin. Musanın ailəsi məni heç vaxt istəməyib. Elə bu söhbətlərin çıxmasının günahkarı da qardaşı Cabbardır”.

Telefonla canlı yayıma qoşulan Musa Musayev isə Təranə Qumral ilə aralarında olan söz-söhbəti bu cür münasibət bildirib: “Mən Təranəni sevmişəm. Sevirəm də. Bizim sevgimiz əbədi olaraq qalacaq. Boşansaq da, dost kimi yaşayırıq. Təranədən sonra mən heç bir xanımı sevə bilmərəm. Həm də bizim övladımız var. Onu düşünürük. Mənim üçün göydə Allah, yerdə Təranədir. Bu söz-söhbətlər çıxandan sonra da bildim ki, mənim üçün yalnız təranə var”.

# 6815
avatar

Yalçın UĞUR

Oxşar yazılar