Nahar fasiləsini harada etməli – işdə, yoxsa kənarda?
03 avqust 2013 07:19 (UTC +04:00)

Nahar fasiləsini harada etməli – işdə, yoxsa kənarda?

Naharı iş yerində yeməyə üstünlük verənlər daha məhsuldar işləyir, nəinki günortanı şəhərdə yeyənlər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ikincilər bir qayda olaraq, işə yuxulu halda gəlir. Onun beyninin fəallığı azalır və bu da səhvetmə riskinin artırır.

 

 

Humboldt Universitetindən olan doktor Verner Sommer bildirib ki, restoranda nahar işçinin əmək fəaliyyətini zəiflədir. Fabrikdə, laboratoriyada, hesablama sahəsində işləyənlər üçün bu çox təhlükəlidir. Bununla yanaşı kreativ işlər üçün bu zəifləmə yardım edir.

 

Naharın iş yerində və ondan kənarda yeyilməsi biri-birindən kəskin fərqlənir. Çünki buna bir sıra amillər – şəraitin dəyişməsi, dostlarla ünsiyyət, sərt iş qrafikinin olmaması təsir göstərir. Ancaq menyunun bu məsələyə heç bir təsir yoxdur.  

# 988
avatar

Oxşar yazılar