Polat Alemdar mal-qara saxlayacaq
24 iyul 2013 11:55 (UTC +04:00)

Polat Alemdar mal-qara saxlayacaq

 

 

“Qurdlar Vadisi-Pusu” teleserialında Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz ticarətlə məşğul olacaq.

 

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Necati Şaşmaz qardaşı Naci Şaşmazla birlikdə Bolunun Gerede rayonunda iri buynuzlu mal-qara saxlayacaq.

 

Gerede Bələdiyyəsinin sədri Ömər Bagin deyib ki, Şaşmaz ailəsi bundan əvvəl rayonda böyük bir taxta fabriki yaradıb. Onun sözlərinə görə, rayona tez-tez gələn Necati Şaşmaz və Naci Şaşmaz sonuncu səfərləri zamanı mal-qara ferması yaratmaq istədiklərini bildiriblər. Bələdiyyə sədri Necati Şaşmaz və Naci Şaşmazın bu niyyətlərini sevinclə qarşıladıqlarını və onlara bu işdə dəstək verəcəklərini söyləyib. 

# 2760
avatar

Oxşar yazılar