Rəqqasə Fatimə Fətəliyeva və aşıq Samirə Əliyeva Şamaxıya yola düşüb.
Lent.az-ın məlumatına görə, onları Şamaxıya səfərinə səbəb isə “Zəhmətkeş ulduzlar” verilişi olub.
Daha sonra verilişə muğam ifaçısı Elnarə Abdullayeva, Ehtiram və İntiqam qardaşları, Rəvan və Elşad qarayevlər, prodüser Aysel Məhəmməd və başqaları da qoşularaq, yel çərşənbəsini qeyd ediblər.
Milli paltarda olan sənətçilər rayon sakinlərinin evində qonaq olublar.