Rəqs ustalarımız Bakını tərk etdilər
19 aprel 2013 11:35 (UTC +04:00)

Rəqs ustalarımız Bakını tərk etdilər

Tanınmış rəqs ustaları Fatimə Fətəliyeva və  İlham Kərimli Misirə gediblər. Lent. az-ın məlumatına görə, sənətçilər Misir Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Milli Folklor və Zərb alətləri " adlı Beynəlxalq Festivalda iştirak edəcəklər. Festival aprelin 19-26 -da Qahirədə olacaq.
 

Onlar festivala milli geyimdə qatılacaq və milli rəqslərimizi nümayiş etdirəcəklər.


Qeyd edək ki, hər il keçirilən bu festivalda ötən il 23 ölkə milli folklorlarını nümayiş etdirib.

 

Sənətçilərimizin orada çəkdirdikləri şəkilləri təqdim edirik:

# 1522
avatar

Yalçın UĞUR

Oxşar yazılar