Rəqsanə Zöhrə Abdullayevanın cavabını verdi - AÇIQLAMA
01 may 2013 11:19 (UTC +04:00)

Rəqsanə Zöhrə Abdullayevanın cavabını verdi - AÇIQLAMA

Müğənni Rəqsanə İsmayılova dünən əməkdar artist Zöhrə Abdullayevanın efirdən səsləndirdiyi “Rəqsanənin səsi yoxdur” fikrinə münasibət bildirib. Hazırda Moskvada olan və  layihələr üzərində çalışan sənətçi adının hallandırılmasından narahatdır. Sənətçi Lent. az-a açıqlamasında bildirib ki, sənəti, səsi olmayan müğənninin ayın 20 günü nüfuzlu insanların məclislərində oxuması mümkünsüzdür:

“Səsim olmasa yüzlərlə insanın qarşısında  necə canlı oxuya bilirəm? Təklif aldığım məclislərdə səhnəni dünya ulduzları ilə paylaşıram. Heç  vaxt  problemim olmayıb. Amma  Rəqsanəni bəyənməyənlərin  birini də belə məclislərdə görməmişəm. Bu gün Moskva toylarında mənə, Könül Kərimovaya,  Eltona və Xəyyam Nisanova daha çox tələbat  var. Həmkarlarım da mənim toyda oxumaq bacarığıma bələddirlər. Əksər toylarda mənim mahnılarımı oxuyan sənətçilər efirə çıxanda adımı tənqid obyektinə çevirirlər. Mən bu haqsızlıqlara qarşı mübarizə aparmalıyam. Bu gün mənə ailəm, Türkiyədə gördüyüm  işlə maraqlıdır. Mən qalmaqal yaratmaqdan uzağam, amma mənim adımı hallandırırlar. Qəribədir ki, üz-üzə gələndə məni öpüb, tərif yağdıranlar  efirdə arxamca danışırlar. Zöhrə xanıma gəlincə,  qeyd edim ki, ona çox böyük hörmətim var, Segahından  zövq alıram... Onun haqqında bax, bunları deyə bilərəm”.

# 2659
avatar

Yalçın UĞUR

Oxşar yazılar