Röya:" Təyyarəm var,ürəyim istəyən ölkəyə uçuram"
07 avqust 2013 14:03 (UTC +04:00)

Röya:" Təyyarəm var,ürəyim istəyən ölkəyə uçuram"

Estrada ulduzu  Röya Ayxan öz həyatından söz açıb. Bu haqda o, Lent.az-a  açıqlama verib: “Ulduz həyatı gözəldir. Hər kəs onları çox sevir. Amma bu dırnaqarası sevgidir. Çünki ulduzları yox, onların həyatını sevirlər. Bu həyatı çox açıqlaya bilmərəm. Hər ulduz öz həyatını bir cür yaşayır.

 

Məsələn, mənim üçün küçədə getmək mümkün deyil. Hər kəsin mənə sevgisi var. Maşında gedirsən, səni dövlət yol polisi saxlayır və artıq sənə çatanda gülür. Hansı qaydanı pozsan da səni görən kimi gülürlər. Sən istədiyin hər şeyi tələb edə bilirsən. Çünki sən artıq ulduzsan. Bizim üçün sərhəd yoxdur. Hər şeyi istəyə bilərik. Biz həm də həyatımızı xəyallarda qururuq. Yerimizə uzanırıq və olmayan bir şeyi düşünürük. Təsəvvür edirəm ki, təyyarəm var, dostlarımı yığmışam başıma, qarşımda konyak badəsi, ürəyim istəyən ölkəyə uçuram.  Bu mənim xəyallarımdır.  

 

Ulduzlar həmçinin unutqan olur. Onlar hər şeyi tez unudurlar və dəyişikliyi sevəndirlər.

 

Xarici görünüşümdə mənim üçün edə bilməyəcəyim heç nə yoxdur. Özü də düşünürəm ki, nə geyinsəm mənə yaraşır”.

 

 

 

 

# 3987

Oxşar yazılar