Röya Brilliant Dadaşovanın konsertini niyə yarımçıq tərk etdi?
30 may 2013 11:09 (UTC +04:00)

Röya Brilliant Dadaşovanın konsertini niyə yarımçıq tərk etdi?

Ötən gün  xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev Sarayında “Apar məni” adlı konserti olub. Lent.az-ın məlumatına görə, konsertdə Murad Dadaşov və Nərgiz Cəlilova aparıcılıq ediblər. “Vokalist” mahnısı ilə konsertə başlayan  B.Dadaşova xalq artistləri Flora Kərimova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Elza Seyidcahan, müğənnilər Zamiq Hüseynov, Rüstəm Zeynallı və balaban ifaçısı Əlixan Səmədovla duet oxuyub. Konsertdə Mətanət İsgəndərli, Röya Ayxan, Sevda Yəhyayeva, Ruhəngiz Allahverdiyeva, Nüşabə Ələsgərli, Lalə Dadaşova, Günay İbrahimli, Əfqan Quliyev, Əkbər, Fəqan Səfərov, Orxan Babazadə və başqaları iştirak ediblər. Anşlaqla keçən konsertdə xalq artisti səhnədən enərək, məşhur “Ay bəri bax” mahnısını tamaşaçılarla ifa edib. Diqqətdən yayınmayan məqamlardan biri isə müğənni Röyanın konserti yarımçıq tərk etməsi olub.

 

Qeyd edək ki, sənətçi burada sonuncu dəfə 12 il öncə, 2001-ci ildə konsert verib.

 

# 2946
avatar

Yalçın UĞUR

Oxşar yazılar