Ruhinin özəl gecəsində Röya “fırtınası”
26 iyul 2013 13:14 (UTC +04:00)

Ruhinin özəl gecəsində Röya “fırtınası”

Dünən “Dəb ikonası” - Ruhi Əliyeva həyatının ən xoş gününü yaşayıb. Keçmiş müğənni əkizlərinə ad günü keçirib. Lent. az-ın məlumatına görə, Həsən və Məhəmmədin 1 yaşı tamam olub. Mərasimdə yalnız qadınlar iştirak edib. 

Mərasim olduqca dəbdəbəli keçib. Türkiyədən dəvət olunmuş  rəqqaslar gecəyə xüsusi rəng qatıb. Mərasim boyu bir neçə dəfə atəşfəşanlıq da olub.  

Zamiqin aparıcılıq etdiyi məclis həm də Lalə Məmmədova, Röya Ayxan və Sevda Yəhyayevanın  çıxışları ilə yadda qalıb. Məclisdə aparıcılar Afaq Gəncəli və Nanə Ağamalıyeva, vizajist Nigar İbrahimova, “Nərgiz” jurnalının  baş direktoru Könül Nağıyeva və modelyer Afaq İsmailzadə və başqa qonaqlar olub. 

Gecədə Röya və Zamiq  əsl şou göstəriblər. Müğənnilərin birgə çıxışı hər
kəsin marağına səbəb olub. Səhnədən enən Röya rəqqaslarla
göbək rəqsi oynayıb. 

Onu da qeyd edək ki, təşkilatçı Elnur Həsənov olub. Lent. az-a
açıqlama verən Ruhi xahiş edib ki,  çəkilən şəkillər sosial şəbəkəyə yerləşdirilməsin. Uşaqlarımın şəkillərinin  yayılmasını istəmirəm”. 

 

Fotolar müəllifə məxsusdur

# 4544

Oxşar yazılar