Sevda Yahyayeva: “...dəhşət idi”
23 aprel 2013 16:40 (UTC +04:00)

Sevda Yahyayeva: “...dəhşət idi”

Müğənni Sevda Yahyayeva “Dinlə” adlı mahnısına çəkdirdiyi klipinin təqdimat mərasimini keçirib. Lent.az-ın məlumatına görə, klip "Narkotikə yox!", "Ən böyük xoşbəxtlik nəfsə qalib gəlməkdir" şüarları altında, “Temp production” tərəfindən ekranlaşdırılıb. Layihənin rəhbəri Türkay Azəri klip barədə təəssüratını bölüşdü: “Klip bir gənc ailənin ananın narkotikə qurşandıqdan sonra dağılmasından bəhs edir. Ana müalicə üçün Narkoloji Dispanserə müraciət edir. Müalicə olunur və ailəsinə sağ-salamat geri dönür. Klipdə ailənin xoşbəxt günləri, qadının düşdüyü vəziyyət, ərin psixoloji sarsıntıları öz əksini tapır. Uşağın bu ayrılıqda çəkdiyi əziyyətlər, ananın yoxluğu, ailənin necə bədbəxt olması geniş şəkildə təsvir edilir. Və bu asılılığa qalib gəlmənin ən gözəl yolunun sevgi olduğu öz əksini tapır”. 



Layihənin uğurundan danışan Sevda narkoman obrazını yaratmağın qorxusunu dilə gətirdi: “Bu, sadəcə, dəhşət idi. Mən heç cür əsas qəhrəman obrazını canlandıra bilmirdim. İçimdə hədsiz qorxu var idi. Bircə onunla təsəlli alırdım ki, sosial layihəmiz tamamlandıqdan sonra, narkotik asılılıqdan əziyyət çəkən hansısa gənc bu yoldan əl çəkdi.  Xüsusi minnətdarlığım, əlbəttə ki, prodüserim Tolikin ünvanınadır. Biz komanda olaraq uğurlu bir layihənin ərsəyə gəlməsinə müvəffəq olduq”. 

Qeyd edək ki, ideya müəllifi və rejissoru Türkay Azəri olan sosial layihədə operator Vaqif Rəşidov, fotoqraflar Azər Kamil, Vüsal Rəşidov, rəssam Zərifə Məmmədova, işıqçı İlham Əliyev, geyim üzrə rəssam Səadət Cəbiyeva, səs tərtibatçısı Şahin Allahverdiyev, baş menecer Elşən İlyasovdur. 
 

 



 http://www.youtube.com/watch?v=6eUV7QEnswM&feature=youtu.be

 

 

Yalçın Süleymanov

# 5951
avatar

Yalçın UĞUR

Oxşar yazılar