Bəyimxanım yeni işini təqdim etdi
30 aprel 2013 16:29 (UTC +04:00)

Bəyimxanım yeni işini təqdim etdi

Müğənni Bəyimxanım Vəliyeva müəyyən fasilədən sonra yenidən səhnə fəaliyyətinə başlayıb. Lent. az-a açıqlama verən Bəyimxanım bildirib ki, yeni mahnı üzərində çalışır. İfaçı bir neçə il öncə yazdırdığı "Yollara yağış yağır" mahnısına  yenidən müraciət edib. Musiqisi Ruslan Səfəroğluna, sözləri Sona Vəliyevaya məxsus mahnı bu dəfə  "Narın yağış" adlandırılıb və internet istifadəçilərinin ixtiyarına verilib: "Çoxdandır, ürəyimcə olan mahnı ifa etmirdim, səmimi deyirəm, daxırmışdım. Ərsəyə gətirdiyimiz yeni mahnı ifa tərzimə uyğun olduğu üçün yazdırdım. Ümid edirəm ki, dinləyicilər çox bəyənəcəklər”.  

 

Bəyimxanım daha sonra el şənliklərindən söz açıb: "Yoldaşımla, ailəmlə gəldiyimiz qərara hörmətlə yanaşıram. Mən  pul müqabilində toya getmirəm.  Yalnız yaxınlarımın toylarında iştirak edirəm. Orada da adətim ürzə oxumuram, qonaq kimi iştirak edirəm."

# 2553
avatar

Yalçın UĞUR

Oxşar yazılar