25 illiyinə həsr olunan "Titanik" REKORDLAR QIRDI
13 fevral 2023 20:07 (UTC +04:00)

25 illiyinə həsr olunan "Titanik" REKORDLAR QIRDI

0

"Titanik" kinoteatrlarda üçüncü dəfə yenidən nümayiş olunduqdan sonra kassada "Avatar 2"ni geridə qoyub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 illik yubileyi şərəfinə ekranlara qayıdan "Titanik" dünya üzrə 22,3 milyon dollar, "Avatar: Suyun Yolu" isə 25,8 milyon dollar gəlir əldə edib.

Beləliklə, Ceyms Kemeronun filmləri tarixin ən çox gəlir gətirən filmləri reytinqində üçüncü və dördüncü yerləri tutur: “Titanik” 2,217 milyard dollar, “Avatar”ın ikinci hissəsi isə 2,213 milyard dollar gəlir gətirib.

Hazırda dünyada ən çox gəlir gətirən üçüncü film "Sehrli Mayk: Son Rəqs"dir. ABŞ-da striptizçi franşizasının üçüncü hissəsi kassa lideri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3446

Oxşar yazılar