ABŞ pasportu artıq dünyanın ən güclü ilk onluğuna daxil deyil və “Henley & Partners” konsaltinq şirkətinin hazırladığı pasport indeks reytinqində 12-ci yerə düşüb.
Lent.az xəbər verir ki, formal olaraq, ABŞ pasportu 12-ci yeri tutaraq bu mövqeyi Malayziya ilə bölüşür.
Lakin eyni göstəricilərə malik bir neçə ölkə olduğu üçün faktiki olaraq ABŞ bu siyahıda yalnız 38-ci sırada qərarlaşır.
Məlumata görə, ABŞ vətəndaşları vizasız və ya ölkəyə daxil olduqda viza almaqla 180 ölkəyə səfər edə bilirlər ki, bu göstərici də Malayziya ilə eynidir.
Müqayisə üçün, dünyanın ən güclü pasportu hesab edilən Sinqapur pasportunun sahibləri 193 ölkəyə vizasız gedə bilirlər.
ABŞ-ın “Newsweek” qəzeti qeyd edir ki, iyul reytinqində ABŞ pasportu İslandiya və Litva ilə birlikdə 10-cu yerdə idi, lakin o vaxtdan bəri xeyli mövqe itirib.