Polisdən ƏMƏLİYYAT:  64 nəfər saxlanıldı
19 oktyabr 2026 10:20 (UTC +04:00)

Polisdən ƏMƏLİYYAT: 64 nəfər saxlanıldı

0

Azərbaycanda həftəsonu baş verən cinayətlərin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 17-də və 18-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar