Corco Armaninin  maşın kolleksiyası
05 sentyabr 2025 14:27 (UTC +04:00)

Corco Armaninin maşın kolleksiyası

0

Müasir dövrün ən böyük dəb dizaynerlərindən biri – Corco Armani dünyasını dəyişib. Məşhur italyan modelyeri təkcə zərif və incə geyimlərin, eləcə də aksesuarların yaradıcısı kimi deyil, həm də gözəllik sənayesinin hüdudlarından kənara çıxan istedad sahibi kimi tanınırdı. Armani üslub və həyat tərzi ilə bağlı müxtəlif sahələrdə uğurla çalışıb. Dünya onu yalnız möhtəşəm libaslarına görə deyil, həm də zərif avtomobil zövqünə görə yadda saxlayacaq.

Armaninin dizayna və dəbdəbəyə olan sevgisi onun möhtəşəm avtomobil kolleksiyasında öz əksini tapıb. Bu kolleksiya avtomobil sənayesinin bütün dövrlərinin əsl şah əsərlərini birləşdirirdi.

Lent.az xarici mediaya istinadla onun avtomobil kolleksiyasını təqdim edir.

RICHARD GERE AND LAUREN HUTTON AT THE ARMANI EXHIBIT AT THE ROYAL ACADEMY DISPLAYING THE CAR FROM AMERICAN GIGOLO LONDON

Maestroya məxsus avtomobillər sırasında 2010-cu il Mercedes-Benz 600 Pullman, 2010-cu il Audi A8 LWB, həmçinin klassik Alfa Romeo GTV6 – italyan mühəndislik sənətinin ölməz nümunəsi də var idi.

Mercedes-Benz S 600 Guard Pullman

Kouturyenin qarajında, həmçinin Maserati Quattroporte, Lexus LS 430 və Ferrari 612 Scaglietti kimi seçilən avtomobillər də mövcud idi. Onun kolleksiyasında Lamborghini LM002 və Jaguar C-X75 kimi “müqəddəs qraallar” da yer almışdı.

Alfa Romeo GTV 6  как в коллекции Джорджио Армани

Corcio Armaninin şəxsi istifadəsində çoxlu klassik avtomobillər də olub. Bunlara Ferrari 250 GT, Maserati Merak, Lamborghini Miura SV, Alfa Romeo Giulia, Bentley Turbo R, eləcə də Jaguar S-Type və Alfa Romeo 166 daxildir.

Jaguar C-X75Lamborghini LM002

Armani yalnız möhtəşəm avtomobillərdə gəzmir, həm də onların yaradılmasında iştirak edirdi. Məsələn, o, xüsusi versiyaların və limitli seriyaların buraxılışı çərçivəsində müxtəlif şirkətlərlə əməkdaşlıq edib.

500e Giorgio Armani Collector’s edition (2024)

Onun iştirakı ilə Mercedes-Benz CLK Giorgio Armani və Fiat 500e Giorgio Armani Edition kimi dəbli versiyalar işıq üzü görüb. 2015-ci ildə isə onun adı ilə bağlı Vespa 946 Emporio Armani skuteri təqdim olunub.

Mercedes-Benz CLK 500 Cabrio by Giorgio Armani

Bundan başqa, modelyer müxtəlif gəmiqayırma şirkətlərinə dəstək göstərərək Tecnomar Lamborghini 63 kimi yaxtaların yaradılmasına da kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 873

Oxşar yazılar