Demensiyaya səbəb olan PEŞƏLƏR –  SİYAHI
26 sentyabr 2023 17:29 (UTC +04:00)

Demensiyaya səbəb olan PEŞƏLƏR – SİYAHI

Fiziki işlə məşğul olan insanlarda yaşlandıqca demensiya inkişaf riskinin daha çox olduğu ortaya çıxıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər 33-65 yaş arasında olan 7005 nəfərin məlumatlarını təhlil ediblər. 

Mağaza satıcılarının, tibb bacılarının, baxıcıların və fermerlərin ofis işçiləri ilə müqayisədə 70 yaşında demensiya inkişaf  riskinin 72 faiz daha çox olduğunu müəyyən edilib.

Alimlər hesab edirlər ki, bu cür peşələr stress, sıx qrafiklər, zərərli maddələrə məruz qalma və beyinə mənfi təsir göstərən amillərlə bağlıdır. Mütəxəssislərin fikrincə, əl əməyi ilə məşğul olan insanlar daha aşağı sosial-iqtisadi statusa malik ola və genetik cəhətdən fərqlənə bilər.

Əvvəllər elm adamları 10 saatdan çox oturaq vəziyyətdə keçirənlərin demensiya riskinin artdığını bildirmişdilər.
 

# 1761
avatar

Sevinc Fərid

Oxşar yazılar