Dünyanın ən yaşlı iti seçildi
24 noyabr 2022 16:01 (UTC +04:00)

Dünyanın ən yaşlı iti seçildi

22 yaşlı Gino adlı it dünyanın ən yaşlı iti olub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı it rəsmi olaraq Ginnesin Rekordlar Kitabında yaşayan ən yaşlı it adına layiq görülüb. 

Gino 2000-ci il sentyabrın 24-də doğulub. O, 2002-ci ildə Koloradodakı sığınacaqdan indiki sahibi Aleks Vulf  götürülüb. Kolorado Boulder Universitetində ikinci kurs tələbəsi olan 40 yaşlı Aleks deyir ki, Ginonun uzunömürlü olması onun sağlam, balanslı qidalanması, yaxşı qayğı görməsinin və həyat sevincinin nəticəsidir.

# 2448
avatar

Arzu Qurbanlı

Oxşar yazılar