BYD “Rolls-Royce”a  rəqibini təqdim etdi
29 oktyabr 2026 04:36 (UTC +04:00)

BYD “Rolls-Royce”a rəqibini təqdim etdi

0

Çinin BYD şirkəti “Rolls-Royce Ghost” modelinə rəqib kimi hazırladığı lüks sedanı “Yangwang Altior”un ilk görüntülərini yayımlayıb.

Lent.az xəbər verir ki, təxminən 300 min dollar qiymətində olan avtomobilin uzunluğu 5,5 metrdir.

Modelin dünya premyerasının noyabrın 5-i ətrafında Dubayda keçirilməsi planlaşdırılır.

Avtomobilin dörd elektrik mühərriki və hidravlik asqı sistemi ilə təchiz ediləcəyi gözlənilir.

Şirkət bu model vasitəsilə Yaxın Şərqin lüks avtomobil bazarında mövqeyini gücləndirməyi hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar