Elektromobil bazarında yeni dönüş: Tesla, Honda və Kia planlarını dəyişdi
24 iyul 2026 07:34 (UTC +04:00)

Elektromobil bazarında yeni dönüş: Tesla, Honda və Kia planlarını dəyişdi

0

Dünyanın aparıcı avtomobil istehsalçıları elektromobil bazarında tələbatın gözləniləndən zəif olması fonunda strategiyalarını dəyişməyə başlayıblar.

Lent.az xəbər verir ki, Tesla, Honda, Kia, Hyundai, Volvo və digər şirkətlər bəzi elektromobil layihələrini təxirə salıb və ya istehsal planlarına yenidən baxıblar.

Ekspertlər bildirirlər ki, buna səbəb satışların zəifləməsi, qiymət rəqabətinin artması və istehsal xərclərinin yüksək olmasıdır. Bir sıra istehsalçılar bu səbəbdən diqqəti hibrid modellərə yönəldirlər.

Analitiklərin fikrincə, bu addımlar elektromobillərdən tam imtina deyil, bazardakı dəyişikliklərə uyğunlaşmaq məqsədi daşıyır. Uzunmüddətli perspektivdə isə elektromobillərin avtomobil sənayesinin əsas istiqamətlərindən biri olaraq qalacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar