Moskvaya kütləvi dron hücumu oldu , bütün hava limanlarında uçuşlar dayandırıldı
16 oktyabr 2026 03:22 (UTC +04:00)

Moskvaya kütləvi dron hücumu oldu, bütün hava limanlarında uçuşlar dayandırıldı

0

Moskvanın bütün hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Domodedovo, Jukovski, Şeremetyevo və Vnukovo hava limanları təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.

Məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğu qeyd edilib.

Moskva meri Sergey Sobyanin isə paytaxta kütləvi pilotsuz uçuş aparatı hücumu barədə məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 23:30-dan başlayaraq hava hücumundan müdafiə sistemləri Moskva istiqamətində hərəkət edən 59 Ukrayna dronunu vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar