Fransız jurnalı: Bakı gömrüyü ticarət dövriyyəsi barədə məlumat vermir – 1900-CÜ İL  
24 mart 2023 08:45 (UTC +04:00)

Fransız jurnalı: Bakı gömrüyü ticarət dövriyyəsi barədə məlumat vermir – 1900-CÜ İL  

Belə bir yanlış təsəvvür formalaşıb ki, əvvəlki dövrdə dünya Azərbaycan barədə heç bir məlumata malik deyildi, vətənimiz isə gözdən uzaq bir əyalət olub. Lakin 19-20-ci əsrlərdə nəşr olunmuş fransız qəzetlərinə nəzər saldqıda qarşımıza fərqli mənzərə çıxır. Məlum olur ki, Azərbaycan elə o dövrdə də Avropa mediasının diqqətini cəlb edib.

Lent.az-ın xəbərinə görə, vətənimiz, xüsusən də Bakı barədə 19-20-ci əsr Fransa mətbuatında kifayət qədər məlumat var. Ayrı-ayrı qəzetlər Bakıya vaxtaşırı olaraq müxbir göndərib. Bu qəzetlərdəki mövzularda iqtisadiyyat xəbərləri də ciddi yer tutur.

Fransızdilli “Yaxın Şərq Kommersiya Jurnalı”nın (Revue commerciale du Levant) 30 sentyabr 1900-cü il sayında Bakıda düyü və quru meyvə ticarətindən söz açılır.

Müəllif bildirir ki, Bakı nefti ilə məşhur olsa da, bu, yeganə gəlirli sahə deyil. Coğrafi mövqeyinə görə Bakı Avropa və Asiya arasında körpüdür. Bura həm də Persiya və Mərkəzi Asiya üçün ticarət zonasıdır. Bakı gömrüyü ticarət dövriyyəsi barədə nə məlumat yayır, nə də statistik informasiya verir. Bununla belə, Persiyadan Bakıya hər il 3 milyon pudadək, və ya 49 000 ton düyü idxal edildiyini söyləmək olar. İdxal edilən badamın həcmi 570 tona çatır. Məhsullar gəmi ilə daşınır.

Persiya ilə yanaşı çar Rusiyasının əyaləti olan Lənkərandan  gələn düyünün həcmi az olsa da, keyfiyyəti yüksəkdir. İstanbula da düyü burdan göndərilir. Bakıda 100 kq əla keyfiyyətli İran düyüsünün 1 pudu 2.5 rubldur.

Lənkəranın yumru düyüsü isə 4,5 rubla satılır. Digər düyülərin qiyməti 1,3-1,6 rubl arası dəyişir.

Persiyadan gələn badamın 1 kiloqramı 14 rubldur. Ümumilikdə quru meyvənin qiyməti mövsümə və ölkəyə görə dəyişir.

Bakıdan ixrac edilən bütün malların dəyərinin 5%-i həcmində gömrük rüsumu ödənilməlidir.

Bakıda ayrıca xarici ticarətlə bağlı məsələhətçilər yoxdur. Lakin yerli vasitəçilər bütün idxal-ixrac prosedurlarını bilirlər.
 

# 1611
avatar

Oxşar yazılar