Əqrəblər şəhərləri zəbt edir: Sancmaların sayı 250 % artıb
09 may 2025 07:41 (UTC +04:00)

Əqrəblər şəhərləri zəbt edir: Sancmaların sayı 250 % artıb

Braziliyada qeydə alınan əqrəb sancması halları 2014-2023-cü illər arasında 250 faiz artıb.

Lent.az xəbər verir ki, plansız və sürətli şəhərsalma əqrəblərin sayının artmasına səbəb olur.

Araşdırma zamanı məlum olub ki, Cənubi Amerika ölkəsi Braziliyada şəhərlər əqrəblər tərəfindən zəbt edilir. Sürətli urbanizasiya və iqlim dəyişikliyi əqrəb sancmış insanların sayının artmasına səbəb olub.

“The Guardian” qəzetinin məlumatına görə, 2014-2023-cü illər arasında Braziliyada əqrəblərin sancdığı insanların sayı 1,1 milyonu ötüb. Bu, bu illər arasında bildirilən əqrəb sancması hallarının sayında 250 faiz artım deməkdir.

Tədqiqatçılar bildirirlər ki, şəhərlər istəmədən əqrəbləri ehtiyac duyduqları hər şeylə təmin edir: bol sığınacaq, daimi istilik, şəhərlərdə yaşayan tarakanlar və digər onurğasızlar şəklində etibarlı qida təchizatı.

Buna görə də, əqrəblər il boyu isti olan, onları yeyə biləcək demək olar ki, heç bir heyvanın olmadığı və tarakan kimi qida mənbələrinin olduğu kanalizasiyaları xüsusilə sevirlər. Bəzi əqrəb növləri yemək yemədən 400 günə qədər yaşaya bilir və cütləşməyə ehtiyac duymadan çoxalır. Bu, onların sayına nəzarəti çətinləşdirə bilər.

Braziliyada 2024-cü il üçün paylaşılan ilk məlumatlara görə, təkcə keçən il təxminən 200 min insan əqrəb sancıb və nəticədə 133 adam həlak olub. Tədqiqatçılar 2025-2033-cü illər arasında 2 milyon yeni sancma halının qeydə alınacağını proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar