APA TV-nin “Sözqaytaran” verilişinin növbəti buraxılışında bir-birindən maraqlı və gündəmdə olan mövzular müzakirə olunub.
Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, verilişdə kişinin “Wi-Fi”ı söndürdüyünə görə arvadının qolunu qırması, 50 dəqiqədən bir gələn avtobuslar və qapıya yapışaraq getməyə məcbur qalan sərnişinlər barədə danışılıb.
Bundan başqa, “Çöldə TikTokeri bəyənmir, evdə ona hədiyyə atır” mövzusu ətrafında maraqlı müzakirələr aparılıb.
Verilişdə diqqət çəkən mövzulardan biri də “Əcaib iş elanı – 900 manat maaşla sevgili axtarılır” olub. Qeyri-adi iş elanı ətrafında maraqlı fikirlər səsləndirilib.
Bu və digər maraqlı mövzuların müzakirə olunduğu “Sözqaytaran” verilişinin geniş buraxılışını aşağıdakı videodan izləyə bilərsiniz.