Kraliçanın 70 illik hakimiyyətinə damğasını vuran QALMAQALLAR
27 mart 2023 20:15 (UTC +04:00)

Kraliçanın 70 illik hakimiyyətinə damğasını vuran QALMAQALLAR

Kraliça II Yelizaveta sona qədər missiyasına sadiq qaldı. Öldükdə məlum oldu ki, ürəklərdə yaxşı yer tutubmuş. Lakin 70 illik hakimiyyəti dövründə tez-tez ailəsinin qalmaqalları ilə gündəm oldu.

Lent.az sizə kral ailəsinin ən böyük qalmaqallarını təqdim edir:

Şahzadə Marqaret, Kraliça II Yelizavetanın böyük bacısıdır. O, kraliçaya çətin anlar yaşadan ilk əsilzadə idi.

Şahzadə Marqaret

Marqaret sosialist fotoqrafı kimi tanınan Entoni Armstronq-Consla evlənir. Ancaq bu ailə xəyanət üzərində qurulur. Kraliçanın bacısının ərinə Lord Snowdon titulu verilir. Lakin bu evlilik xəyanətə görə də bitir. Marqaret özündən 18 yaş kiçik bağbanla münasibət yaşayır və bu ailənin sonu olur.

Bundan əlavə, hamam vannasındakı tacın məşhur fotoşəkili Şahzadənin ən sensasiyalı kadrları arasında idi.

Kraliça Elizabetin böyük sevgisi Şahzadə Filiplə evliliyi də qalmaqalsız ötüşməyib.

Kraliçanın ailəsi

Çünki Şahzadə Filipin bacıları nasist zabitləri və nasistlərə rəğbət bəsləyən aristokratlarla evli idi. Bu isə kraliçanın evliliyinə böyük problem yaradırdı. Lakin problemdən çıxış yolu tapılır. Filipin bacıları və onların ərləri toya dəvət edilmir. Beləliklə, böhran aradan qalxır.

Kraliçanı isə daha böyük qalmaqal gözləyirdi. Evliliklərinin ilk illərində Filipin kraliçaya xəyanəti müzakirə olundu. Deyilənə görə, 1957-ci ildə təşkil edilən bir tur zamanı Şahzadə Filip həyat yoldaşını aldadır. Lakin bu iddialar saray tərəfindən rədd edilib və cütlüyün evliliyi zamanı oxşar iddialar bir daha gündəmə gətirilməyib.

Şübhəsiz ki, Kraliça Elizabetin 70 illik hakimiyyəti dövründə ən çətini vəliəhd şahzadə Çarlz və şahzadə Diananın evliliyi dövrü olub.

Şahzadə Çarlz və Diananın ailəsi

Şahzadə Çarlzın Kamilla Parker Boulzla münasibəti Şahzadə Dianadan əvvələ təsadüf edirdi. Boulzun evli olması və sonra boşanması Kraliçanın bu münasibəti bəyənməməsinə səbəb olub. Bu dövrdə Çarlz Diana ilə evləndi. Lakin cütlüyün evliliyində problemlər toyun əvvəlindən başlayıb.

Toydan əvvəl Çarlz Kamilla ilə vidalaşmaq üçün şəxsən hazırladığı və içində onların adının abreviaturası olan bilərzik hədiyyə edib. Amma yenə də Kamilla Parker toyda qonaqlar arasında idi.

1992-ci il hər şeyin nəzarətdən çıxdığı bir il idi. Jurnalist Endryu Morton Şahzadə Diananın məlumatı ilə yazdığı kitabda evlilikləri zamanı xəyanətlər olduğunu qeyd etdi. Eyni zamanda Diananın dəfələrlə intihara cəhd etdiyini yazdı.

Daha sonra telefon dinləmələri qalmaqalı başladı. Diana ilə sevgilisi Ceyms Gilbi və  Çarlz ilə Kamillanın ayrı-ayrılıqda yayımlanan səs yazıları uzun müddət İngiltərə və dünya mətbuatının gündəmində idi. Diana bildirdi ki, evlilikləri boyu xəyanətə məruz qalıb. Şahzadə xanım "Evliliyimizdə 3 nəfər idik" deyərək Kamilla obrazını canlandırması hamını şok etmişdi. Cütlük 1992-ci ildə ayrılmaq qərarına gəlib.

Çarlz ilə Kamilla

Həmin ilin sonunda Kraliça II Yelizaveta mediada çıxış edir. Və o, 1992-ci ili dəhşətli bir il adlandırır. Eyni ildə qızı Şahzadə Anna, oğlu Şahzadə Çarlz və Şahzadə Endryu boşanmaq qərarına gəliblər.

Şahzadə Endryunun həyat yoldaşı Ferqinin amerikalı iş adamı ilə üstsüz və hovuz kənarında çəkdirdiyi görüntülər ayrılığın səbəbi kimi izah edilib.

Şahzadə Endryu

Eyni zamanda şahzadə Çarlz şahzadə Diana ilə sensasiyalı evliliyinə son qoymaq qərarına gəldi. 1997-ci ildə Diananın faciəli ölümündən sonra, 2005-ci ildə Kraliça II. Elizabeth artıq inadını qırdı və Şahzadə Çarlz qalmaqallı sevgisi Kamilla ilə evləndi.

Şahzadə Endryu gəncliyi və evliliyi dövründə playboy kimi həyatı ilə tanınsa da, 2000-ci illərdə böyük qalmaqallar yarandı. 2011-ci ildə seks və insan alveri ittihamı ilə həbs edilən və bundan sonra intihar edən amerikalı milyarder Cefri Epşteynlə şahzadə Endryunun əlaqələri ortaya çıxdı.

Dörd il sonra Virciniya Giuffre yetkinlik yaşına çatmayanda cinsi əlaqəyə məcbur edildiyini və bunda Şahzadə Endryu günahlandırdığını dedi. Lakin Şahzadə Endryu bu iddiaları təkzib edib. O, reputasiyasını qorumaq üçün BBC-yə müsahibə verdi, lakin bu da fəlakətlə nəticələndi.

Bütün bunlardan sonra Kraliça II. Yelizabet oğlunun kral imtiyazlarına son qoydu, onu vəzifəsindən uzaqlaşdırdı və titullarından məhrum etdi.

Şahzadə Harrinin gənclik günləri, Kraliça nənəsinə çətin anlar yaşatdı. 2000-ci illərin əvvəllərində Şahzadə Harrinin narkotikdən istifadə etdiyi və çılpaq vəziyyətdə olan görüntüləri mətbuata sızmışdı. Bundan əlavə, Halloween şənliyində nasist geyimində çəkilmiş fotoları üzə çıxanda üzr istəməli oldu.

Şahzadə Harri və Meqan

Bir müddətdən sonra 2018-ci ildə ABŞ aktrisası Meqan Markl ilə evlənməsi Şahzadə Harrini yenidən gündəmə gətirib. Cütlük 2020-ci ildə krallıq vəzifələrini tərk etdi. Onlar ABŞ-da məskunlaşdı və 2021-ci ildə müsahibə verərək guya saraydan onların körpələrinin dəri rənginin problemə çevrildiyini bildiriblər. Bu dünya mediasına bomba kimi düşdü.

Çarlz ilə Kamilla

# 2982
avatar

Cavidan HUN

Oxşar yazılar