Milyonçu ilə evləndi:  kişi bir gün sonra öldü,  qadın varlı dul  oldu
21 iyul 2025 19:59 (UTC +04:00)

Milyonçu ilə evləndi: kişi bir gün sonra öldü, qadın varlı dul oldu

İrlandiyada qadın 75 yaşlı milyonçu fermerlə evlənib və ertəsi gün onun bütün sərvətini miras alaraq dul qalıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Co Qroqana 2023-cü ilin yanvarında qan xərçəngi diaqnozu qoyulub. Həmin il aprelin 14-də o, özündən 26 yaş kiçik tibb bacısı Liza Flaerti ilə gizli şəkildə evlənib. Milyonçunun qohumlarının nə toydan, nə də tibb bacısı ilə münasibətindən xəbəri olmayıb.

Toydan bir gün sonra fermer dünyasını dəyişib. Bir günlük evlilik nəticəsində Liza 5,5 milyon avro dəyərində 89 hektarlıq fermanı miras alıb.

Mərhumun ailəsi fermerin qəfil ölümü ilə bağlı araşdırma aparılmasını istəyib. Bununla belə, İrlandiya səlahiyyətliləri infeksiyanın Qroqanın ölümünə səbəb ola biləcəyini bildirərək tələbi rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar