Universitet məzunlarının ən çox olduğu ölkələr açıqlandı – Siyahıda hansı ölkələr var?
21 oktyabr 2026 03:05 (UTC +04:00)

Universitet məzunlarının ən çox olduğu ölkələr açıqlandı – Siyahıda hansı ölkələr var?

0

 

Dünyada universitet və ya ali məktəb diplomuna sahib 25–64 yaşlı insanların əhali içərisindəki payı araşdırılıb.

Lent.az xəbər verir ki, 47 ölkənin müqayisə edildiyi araşdırmada əsasən, Kanada 64 faizlə ilk sırada qərarlaşıb.

Kanadanı 59 faizlə İrlandiya, 58 faizlə isə Yaponiya və Cənubi Koreya izləyib. ABŞ-da bu göstərici 52 faiz, Türkiyədə isə 28 faiz təşkil edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr üzrə orta göstərici 43 faizdir.

Universitet və ya ali məktəb diplomuna sahib insanların ümumi sayına görə isə Çin 152,4 milyon nəfərlə birinci, Hindistan 119,2 milyon nəfərlə ikinci, ABŞ isə 93 milyon nəfərlə üçüncü yerdə qərarlaşıb.

Bu üç ölkənin göstəricisi araşdırmaya daxil edilən 47 ölkədə ali təhsil diplomuna sahib 647,1 milyon nəfərin 56 faizini təşkil edir.

Araşdırmada ikiillik ali məktəb təhsilindən doktorantura dərəcəsinədək müxtəlif təhsil səviyyələri nəzərə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar