Müharibədə əsir düşdü:  mühüm xəbərləri yalnız gözləri ilə  çatdırdı
07 sentyabr 2025 14:49 (UTC +04:00)

Müharibədə əsir düşdü: mühüm xəbərləri yalnız gözləri ilə çatdırdı

0

Vyetnam müharibəsi 20-ci əsrin ən böyük yerli silahlı münaqişələrindən biri olub və on minlərlə insanın həyatına son qoyub. Onun məşhur iştirakçılarından biri amerikalı əsgər Ceremayya Denton idi.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ Milli arxiv saytının məlumatına görə, 1965-ci il iyulun 18-də Hərbi Dəniz Qüvvələrinin komandiri Ceremayya E. Denton Şimali Vyetnamdakı hərbi obyektə hava zərbəsi zamanı vurulub. Həmin gün onu Şimali Vyetnam qüvvələri əsir götürüb və orada yeddi il yeddi ay vəhşi rəftara dözüb.

O, cəsarətli bir addım ataraq – dünyaya gözləri ilə mühüm mesaj göndərərək tarix yazıb.

"1966-cı il mayın 2-də təbliğat kampaniyası çərçivəsində şimali vyetnamlılar ondan bir yapon müxbiri tərəfindən televiziyada müsahibə almasını təşkil ediblər. ABŞ hökumətinin hərəkətləri ilə bağlı fikrini soruşduqda, onu əsir götürənlərin göstərişlərinə baxmayaraq, o, hökumətinin mövqeyini qətiyyətlə təsdiqləyib; o, işgəncələrə hazırlaşıb, kamera qarşısında danışarkən, sözünün ardınca gedəcəyinə əmin olub. Morze əlifbası ilə “T-O-R-T-U-R-E” (işgəncə) ötürüb”, - məlumatda deyilir.

Video daha sonra geniş şəkildə ictimaiyyətə təqdim olunub. O, ABŞ hərbi kəşfiyyatı tərəfindən də nəzərdən keçirilib. Dentonun sözləri agentlik üçün ABŞ hərbi əsirlərinin işgəncələrə məruz qaldığına dair ilk aydın təsdiq olub. Həmin müsahibənin yazısı Xüsusi xedia arxivində - Mərkəzi Kəşfiyyat İdarəsinin arxivində saxlanılır.

Qeyd olunur ki, Denton 1973-cü il fevralın 12-də əsirlikdən azad edilib.O, ABŞ Hərbi Dəniz Qüvvələrindən kontr-admiral rütbəsi ilə təqaüdə çıxdıqdan sonra 1981-1987-ci illərdə ABŞ Senatına seçilib.

Vyetnam müharibəsi

Vyetnam müharibəsi 1955-ci ildən 1975-ci ilə qədər davam edən böyük silahlı münaqişə idi. Əsas qarşıdurma kommunist Şimali Vyetnam və onun müttəfiqləri (onların arasında Çin Xalq Respublikası və SSRİ də var idi) və ABŞ və digər antikommunist ölkələr tərəfindən dəstəklənən Cənubi Vyetnam arasında baş verib.

20 illik döyüşlərdən və Sayqonun Şimali Vyetnam və Vyetkonq partizan qüvvələrinin əlinə keçməsindən sonra Şimali Vyetnam bütün ölkəyə nəzarəti ələ keçirib. Amerika qoşunları 1965-ci ildə rəsmi olaraq müharibəyə girib və 1973-cü ildə Paris sazişinin imzalanmasından sonra Cənubi Vyetnamdan geri çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar