Narkotikə görə saxlanılan Şahlar Məmmədov və Gülşən Qasımova
15 mart 2021 11:42 (UTC +04:00)

Narkotikə görə saxlanılan Şahlar Məmmədov və Gülşən Qasımova

Narkotik alverçiləri saxlanıldı, biri qadındır

Narkotik alveri ilə məşğul olan Cəbrayıl sakinləri saxlanılıb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəbrayıl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum edilmişlər Şahlar Məmmədov və Gülşən Qasımova saxlanılıblar. Polis şöbəsində aparılan şəxsi axtarış zamanı G.Qasımovanın əlindəki çantadan 1 kiloqramdan artıq marixuana, 100 qramdan artıq metamfetamin, üzərindən isə heroin, Ş.Məmmədovdan da heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar