Papanın şişmə ağ paltosu gündəm olmuşdu - Həqiqət isə bambaşqadır
28 mart 2023 12:47 (UTC +04:00)

Papanın şişmə ağ paltosu gündəm olmuşdu - Həqiqət isə bambaşqadır

Katolik xristianların ruhani lideri Papa Fransiskin Vatikanda geyindiyi iddia edilən palto sosial mediada gündəm olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər mövzu ilə bağlı yumoristik yazılar paylaşıblar.

Papa Fransisk çıxışından sonra dindarları salamlayıb. Sosial mediada çıxış edərkən Papa Fransiskin quş tükündən hazırlanan ağ palto geyindiyini əks etdirən görüntü yayılıb. Bir çox sosial media istifadəçisi fotonun gerçək olduğunu düşündüklərini bildirərək, sürpriz məzmunlu mesajlar paylaşıb.

Papanın palto geyindiyi görüntüdə sağ əli görünməyib. Beləliklə, sözügedən görüntünün süni intellekt dəstəkli proqramla yaradıldığı ortaya çıxıb. Papanın palto geyindiyi şəkilləri "Midjourney AI" adlı süni intellektlə dəstəklənən proqramla yaradılıb.

"Bellingcat"ın qurucusu Eliot Higgins deyir ki, süni intellekt tərəfindən yaradılan təsvirin diqqət mərkəzində olmayan şəkillər çox vaxt daha bulanlıq ola bilər. Fokusda olan şəxs və ya obyektin daha ətraflı təsvir edildiyini ifadə edən Higgins, digər hissələrin daha az detal ehtiva edə biləcəyini ifadə edir:

"Papa Fransisin ağ palto geyindiyini göstərən görüntü süni intellektlə dəstəklənən tətbiq ilə yaradılıb. Şəkil ətraflı araşdırıldığında bəzi təhriflər nəzərə çarpır. Sözügedən görüntü, süni intellektin vizual hazırlıq proqramı olan Midjourney AI ilə hazırlanıb. "

Xəbər mövzusu olan şəkli paylaşan sosial şəbəkə istifadəçisi "Süni intellekt məni qorxudur" şərhini yazıb.

Papa'nın şişme beyaz montu olay olmuştu! Gerçek bambaşka çıktı

Papa'nın şişme beyaz montu olay olmuştu! Gerçek bambaşka çıktı

# 1791
avatar

Fidan İlqar

Oxşar yazılar