Françesko Tottinin böyük qızı Şanel Totti yayın dadını çıxardığı Balidəki tətilindən heyrətamiz fotolar yayımlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, eyni zamanda, anası İlari Blasi sevgilisi Bastian Müller ilə Sen-Tropedə tətil keçirir - cütlük artıq ikinci ildir ki, birlikdədir.
2022-ci ildə boşandıqdan sonra Totti Noemi Bokki ilə yaşayır. Onlar bu yaxınlarda üçüncü ildönümünü qeyd ediblər və üç uşaqları ilə Sinqapura gediblər.