Təyyarədə niyə qəhvə içmək olmaz?
05 dekabr 2023 15:53 (UTC +04:00)

Təyyarədə niyə qəhvə içmək olmaz?

Uçuş bələdçisi təyyarədə qəhvə içməməsinin səbəbini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, stüardessanın sözlərinə görə, qaynar içkilərlə çaydanların doldurulduğu su qabları çox nadir hallarda yuyulur. 

Onun sözlərinə görə, bəzən çaydanların içərisində kif və bakteriyalar yaranır:

"Su üçün nəzərdə tutulmuş çaydanlar lazımi səviyyədə təmizlənilmir. Təyyarələr hava limanına endikdən sonra çaydanları heç kim təmizləmir. Çünki buna vaxt qalmır. Sadəcə çaydanları su ilə yenidən doldururlar. Suyun dibində olan çöküntülər yenə də çaydanlarda qalır. Bağırsaq çöpü kimi mikroorqanizmlərdən ehtiyat edən sərnişinlər təyyarədə çay və qəhvə içməməlidir”.

# 4404
avatar

Arzu Qurbanlı

Oxşar yazılar