"Tik Tok" çəkərkən təcavüzə məruz qaldı - 66 nəfər saxlanıldı
27 avqust 2021 00:28 (UTC +04:00)

"Tik Tok" çəkərkən təcavüzə məruz qaldı - 66 nəfər saxlanıldı

Pakistanda bir qadın parkda "Tik Tok" videosu çəkərkən yüzlərlə kişi tərəfindən cinsi təcavüzə məruz qalıb.

Lent.az xəbər verir ki, hadisə Pakistanda baş verib. Dəhşətli hadisədən sonra polis yüzlərlə şübhəlinin izinə düşüb. İndiyə qədər 66 şübhəli dindirilmək üçün saxlanılıb.

Hadisə ilə əlaqədar yerli qəzetə danışan qadın, “Paltarımı cırdılar. Tamamilə çılpaq qaldım”, sözlərini deyib.

Sözügedən hadisədən sonra ölkə daxilində bir çox etiraz nümayişləri keçirilib, qadın hüquqları təşkilatları isə günahkarların tutularaq ən ağır cəzaya məhkum edilməsini tələb edib.

Qeyd edək ki, Pakistan, “Thomson Reuters” təşkilatının 2019-cu ildə keçirdiyi sorğuda qadınlar üçün dünyanın ən təhlükəli altıncı ölkəsi seçilib.

# 5733
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar